Kateqoriyasız

DSX: “Keşikçidağ”da təxribat törədilə bilər

4 iyun / 08:01 1 dəq
A23a2947 5a47 4c1f bbb1 ba1f01aa8ffa
4 iyun / 08:01
Burada sizin reklamınız ola bilər

İyun ayının 4-də Azərbaycan – Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub.

Bu barədə məlumatı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

“Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar” – deyə, məlumatda qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər