Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Suriyanın yeni baş naziri 3 mühüm hədəfi açıqladı

12 dekabr / 10:50 2 dəq
Mehemmed el besir
12 dekabr / 10:50
Burada sizin reklamınız ola bilər

Suriya keçid hökumətinin Baş naziri Məhəmməd əl-Bəşir qarşıya qoyduqları hədəfləri açıqlayıb.

Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Birincisi, Suriyanın bütün şəhərlərində təhlükəsizliyin və sabitliyin bərpa olunmasıdır. İnsanlar haqsızlıqdan, zülmdən tükənib. Hakimiyyət yenidən qurulmalıdır ki, insanlar öz işlərinə və normal həyata qayıda bilsinlər.

İkincisi, xaricə gedən milyonlarla suriyalını geri qaytarmaqdır. Onların insan kapitalı və təcrübəsi ölkənin inkişafını təmin edəcək. Xaricdəki bütün suriyalılara çağırış edirəm: Suriya indi öz qürurunu və şərəfini qazanmış azad bir ölkədir. Geri qayıdın. Biz yenidən qurmalıyıq, yenidən doğulmalıyıq və hər kəsin köməyinə ehtiyacımız var”, – baş nazir deyib.

Üçüncü hədəflərinin strateji planlaşdırma olduğunu bildirən Bəşir suriyalıların elektrik, çörək və su kimi əsas xidmətlər olmadan yaşaya bilməyəcəklərini vurğulayıb:

“Biz keçid hökumətiyik, lakin bu mövzuda işə başlamalıyıq. Hələb, Həma və Dəməşqə girdiyimizdə suriyalılar ikiqat qaranlıqda yaşayırdı: rejimin qaranlığı və elektrik verilişinin fasiləsi zamanı yaranmış qaranlıq. Bu tamamilə qəbuledilməzdir”.

Baş nazir eyni zamanda vurğulayıb ki, Suriyanın iqtisadi vəziyyəti çox ağırdır:

“Dövlət büdcəsində sadəcə dəyəri olmayan Suriya lirəsi var. Xarici valyutamız yoxdur, kreditlərə və istiqrazlara gəlincə, biz hələ də məlumat toplayırıq. Yəni maddi cəhətdən çox pisik. Borc böyükdür, çətinliklər çox böyükdür, lakin bizim uğur qazandığımız İdlib təcrübəmiz var. Suriyanı inkişaf etdirə bilərik. Bu, vaxt aparacaq, amma buna nail olacağıq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı