Kateqoriyasız

700-dək qaziyə əlillik dərəcələri təyin olunub – Rəsmi

22 iyun / 13:40 2 dəq
8d0c9e59 3df6 345d 9c92 fae717c6305c
22 iyun / 13:40
Burada sizin reklamınız ola bilər

“Tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi işləri davam edir. Bu günədək artıq 700-dək qaziyə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub”.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, komissiya tərəfindən onlar səyyar formada əyani müayinədən keçirilib. Qazilərin sənədləri sürətlə rəsmiləşdirilərək e-sistemə daxil edilməklə və hərbi həkim komissiyalarından şəhadətnamələr təqdim edildikdən sonra yekun mərhələ kimi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onların əlilliklərini qiymətləndirir.

Əlillik təyinatı aparıldıqdan sonra bununla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, elektron sistem üzərindən təyin olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər