Füzuli Şəhəri Günü atəşfəşanlıqla başa çatıb

4c2afec8 9393 3dbf 9d6c 64c78adb5b28

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə keçirilən Şəhər günü maraqlı konsert və təqdimatlarla yadda qalıb. Mədəniyyət Nazirliyindən “Qərb Xəbər”ə verilən məlumata görə, tədbir çərçivəsində günün sonunda “Natiq” ritm qrupu və müğənni Murad Arifin Füzuli sakinləri üçün konsert proqramları təqdim olunub. Tamaşaçılar … Read more

Gürcüstan prezidenti mitinqlərdə çadırları qadağan edən qanuna veto qoyub

8de3d2da bb18 3d2b b89d 70fe48f17aa6

Gürcüstan prezidenti Salome Zurabişvili etiraz aksiyaları zamanı çadırların quraşdırılmasını qadağan edən parlamentin qəbul etdiyi qanunu imzalamaqdan imtina edib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Gürcüstan dövlət başçısının administrasiyası məlumat yayıb. Gürcüstan prezidenti qanunu növbəti anti-Avropa qanunu kimi qəbul edib. Oktyabrın əvvəlində Gürcüstan parlamenti etiraz aksiyaları zamanı müvəqqəti tikililərin quraşdırılmasını qadağan edən qanunu sürətlə qəbul … Read more

ABŞ İsrail sahillərinə 4 min hərbçi göndərir

F9abca13 f8d5 3e88 b0c7 ef41eec0a228

ABŞ İsrail sahillərinə üç gəmidə 4 min dəniz piyadası və dənizçidən ibarət amfibiya desant qrupu göndərib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “The Washington Post” Pentaqondakı mənbələrinə istinadən yazıb. Qeyd olunub ki, adının açıqlanmasını istəməyən iki Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, 4 000-dən çox dənizçidən və dəniz piyadalarından ibarət “Bataan” amfibiya gəmisi İsrail sahillərindəki … Read more

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 3 il ötür

Indir 2023 10 18T084314.013

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 3 il ötür. “Qərb Xəbər” məlumat verir ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə – 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpülərini və Xudafərin kəndini işğaldan azad edib. Həmin gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndlərinin də işğalına son … Read more

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 32 il ötür

18 ocober

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 32 il keçir. “Qərb Xəbər” məlumat verir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin … Read more

Qazaxıstan Prezidenti: “Transxəzər marşrutu Çindən Avropaya yükdaşıma vaxtını iki dəfə azalda bilər”

Indir 2023 10 18T083422.798

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun istifadəsi Çindən Avropaya yükdaşıma vaxtını iki dəfə azaltmağa kömək edə bilər”. “Qərb Xəbər” məlumat verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pekində “Bir kəmər – bir yol” üçüncü beynəlxalq əməkdaşlıq forumunun açılışında deyib. “Bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bir çox dövlətlər üçün flaqman əməkdaşlıq layihəsinə çevrilir. Çini, Mərkəzi Asiyanı və … Read more

Ağstafada qanunsuz fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı müəssisəsi bağlanıb

E887464b 0397 3958 a117 74e6b5ed0c6d

Daxil olan vətəndaş müraciəti əsasında Ağstafa rayonu, Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Bu barədə “Qərb Xəbər”ə agentlikdən bildirilib. Qeyd olunub ki, baxış zamanı sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istehsal prosesində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların … Read more

601-ci gün: Rusiyanın itkiləri açıqlandı

ADDITION APTOPIX Ukraine Invasion

Ukrayna müharibənin 601-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. “Qərb Xəbər” bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 289 430 hərbçi, 4979 ədəd tank, 9405 ədəd zirehli döyüş maşını, 6936 ədəd artilleriya sistemi, 814 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 547 hava hücumundan müdafiə sistemi, 318 … Read more

Azərbaycanda bir sıra qurumlar mühasibat uçotunu elektron formada aparacaq

61057dbf ba7b 3b0d aea7 16712d3f9273

Azərbaycanda bir sıra qurumlar mühasibat uçotunu elektron formada aparacaq. “Qərb Xəbər”in məlumatına görə, bununla bağlı “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, həmin qurumlar aşağıdakılardır: – iri sahibkarlıq subyektləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq … Read more

Meşəli sakinlərini mühasirədən çıxarmağa getdiyi üçün qətlə yetirilən polis və hərbçilərin adları məlum olub

652e3c336a487652e3c336a4881697528883652e3c336a485652e3c336a486

Xocalı rayonunun Meşəli kəndində dinc sakinlərin mühasirədən çıxarılmasına köməyə getdiyi üçün ermənilər tərəfindən qətlə yetirilən Azərbaycanın polis və hərbi qulluqçularının adları açıqlanıb. “Qərb Xəbər” məlumat  verir ki, bu barədə Vaqif Xaçatryanın cinayət işi üzrə ittiham aktında qeyd edilib Bildirilib ki, 1991-ci il dekabrın 23-də mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən, Meşəli polis bölməsinə Ağdam … Read more

Gürcüstan 36 Azərbaycan vətəndaşını deportasiya edib

652e44c8a89c8652e44c8a89c91697531080652e44c8a89c6652e44c8a89c7

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan 36 Azərbaycan vətəndaşını deportasiya edib. “Qərb Xəbər” xarici KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.   Qeyd olunub ki, cari ilin birinci rübündə 13, ikinci rübündə 19, üçüncü rübündə isə 4 Azərbaycan vətəndaşı ölkədən çıxarılıb. Gürcüstanda deportasiya edilən Azərbaycan vətəndaşlarından 17-si yetkinlik yaşına … Read more

Azərbaycanda uşaqlar arasında qızılcaya yoluxma halları qeydə alınıb

Indir 2023 10 17T123359.627

Azərbaycanda yoluxucu xəstəliklərə qarşı aparılmış genişmiqyaslı profilaktik tədbirlər nəticəsində 2014-cü ildən ölkədə qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş verməyib. Bu barədə “Qərb Xəbər”ə Səhiyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, nəticədə Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizi bu infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edib. “2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya … Read more

Putin Çində: Beş ölkənin lideri ilə görüşəcək

220719145356 putin iran arrival

Rusiya Prezidenti Vladimir Putin Çinə gedib. “Qərb Xəbər” bildirir ki, o, Pekində Çin lideri Si Cinpinlə görüşəcək və “Bir Kəmər, Bir Yol” forumunda iştirak edəcək. Bu gün forum çərçivəsində konfrans keçiriləcək və şam yeməyi veriləcək. Oktyabrın 18-də forumun rəsmi açılış mərasimi keçiriləcək, Si Cinpinin çıxışı olacaq. Bundan əlavə, bir sıra yüksək səviyyəli görüş və forumların … Read more

BQXK: “İtkin düşmüş şəxslərin meyit qalıqlarının 75 %-i azad olunan ərazilərdədir”

Indir 2023 10 17T114656.929

“Hesab edirik ki, itkin düşmüş şəxslərin meyit qalıqlarının 75 %-i məhz azad olunan ərazilərdədir”. “Qərb Xəbər” bildirir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) itkin düşmüş şəxslərlə əlaqədar proqramının rəhbəri Samir Hacımustaviç qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. O, arxivdə olan məzarlıq yerləri barədə aidiyyəti qurumlara məlumat verildiyini bildirib: “Ümumilikdə 400-dən çox mümkün dəfn … Read more

İşğal dövründə Xankəndidə “Qarabağ Azərbaycandır” yazılan yer

Xankendi yenii (2)

Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisi heç vaxt Ermənistana tabe olmayıb. “Qərb Xəbər” bildirir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə deyilib. Bildirilib ki, Azərbaycan, Ermənistan və Gürcüstanda BQXK ofislərinin hesabatları ölkələr üzrə təqdim olunur: “Qarabağ burada Ermənistanın yox, hər zaman … Read more

Meşəli kəndində azərbaycanlılara qarşı terror aktında iştirak edən ermənilərin adı məlum olub

1690806236111176395364c7a7dc10f76

Hazırda məhkəməsi keçirilən Vaqif Xaçatryanla birlikdə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salan ermənilərin adı məlum olub. “Qərb Xəbər”in əldə etdiyi məlumata görə, həmin şəxslər Xocalı rayonunun Badara kənd sakinləri Sarkisyan Emest Baxşıyeviç, Sarkisyan Armais Baxşıyeviç, Qasparyan … Read more

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Indir (2)

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. “Qərb Xəbər” bildirir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində oktyabrın 20-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanlarla … Read more

Ayxan Hacızadə: “HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil”

Indir (1)

“HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil”. Bu barədə “Qərb Xəbər” bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. Sözçü həmçinin bildirib ki, Azərbaycan vətəndaşlarının İsraildən təxliyəsi nəzərdə tutulmayıb: “Ölkədən çıxmaq istəyənlər müntəzəm reyslərdən istifadə edə bilərlər”. Qeyd edək ki, HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli … Read more