Qeyri-sabit hava davam edəcək, yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Images 2023 10 18T160427.189

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u axşamdan 20-si səhərədək arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər”ə verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında oktyabrın 20-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir leysan xarakterli yağış … Read more

Paytaxt seçilməsi hara məqsədəuyğun ola bilər? – Millət vəkilləri

Gəncə Bulvarı

Azərbaycanın paytaxtının dəyişməsi məsələsi geniş ictimai müzakirədən keçməlidir. Həqiqətən də Bakının sıxlığının azaldılması üçün biz İstanbul-Ankara, yaxud Peterburq-Moskva modelinin birini tətbiq etməliyik. Tarixdə bunun nümunələri var. Lakin fikrimcə, paytaxt müzakirəsi ilə bağlı indi səsləndirilən Xankəndi və yaxud Ağdam variantları məqbul deyil. Göyçay-İsmayıllı bölgəsi üzərindən Azərbaycanın mərkəzi coğrafi yerləşim nöqtəsinə uyğun paytaxt seçilməsi daha məqsədəuyğun olar. … Read more

Sabah Azərbaycan Qadınlarının VI Qurultayı keçiriləcək

Bakı şəhəri

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan Qadınlarının VI Qurultayı keçiriləcək. “Qərb Xəbər”in məlumatına görə, Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutacaq. Qurultay … Read more

Azərbaycana xarici aviaşirkətlərin gəlməməsinin səbəbi açıqlanıb

652fa402df70c652fa402df70d1697620994652fa402df70a652fa402df70b

Azərbaycana xarici aviaşirkətlərin gəlməməsinin səbəbi açıqlanıb. “Qərb Xəbər” bildiri ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, ümumiyyətlə, regiondakı hava limanlarının, o cümlədən istər Qəbələ, istərsə də Zəngilan hava limanlarının inkişafı ilə bağlı işlər aparılır.. “Biz … Read more

Prezident bu il yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə təqaüd ayırıb – SİYAHI

Prezident

Prezident İlham Əliyev 2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. “Qərb Xəbər”in  məlumatına görə, Sərəncama əsasən, 2023-2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir: Abbasquliyeva Səmayə İsmayıl qızı Abbasov … Read more

Putin ABŞ-nin Ukraynaya yeni raket və tanklar verməsinə münasibət bildirib

234f9f02 518f 31c4 b36d 601b61558699

“Ukraynaya ATACMS raketlərinin verilməsi ABŞ-ın növbəti səhvidir”. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin oktyabrın 18-də deyib. O bildirib ki, ATACMS ballistik raketlərinin tədarükü Ukraynanın ziyanınadır: “Bu, Ukraynaya zərər verir və əlavə təhlükə yaradır. Lakin Rusiya bu hücumları dəf edəcək”. V.Putinin sözlərinə görə, ATACMS raketləri təmas xəttindəki vəziyyəti kökündən dəyişməyəcək: … Read more

Nazir: “Zəngəzur enerji-nəqliyyat dəhlizinin yaradılması Orta Dəhlizin yeni qollarla inkişafına yol açır”

D8080a42 fc44 3213 bf6a 2b108eea59d2

Azərbaycan Prezidentinin Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliklə bağlı siyasəti işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturlarının, perspektivdə Zəngəzur enerji-nəqliyyat dəhlizinin yaradılması ilə Orta Dəhlizin yeni qollarla inkişafına yol açır. “Qərb Xəbər” məlumat veriri ki, Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Çində keçirilən 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu … Read more

Müstəqilliyin Bərpası Gününə töhfə – ərazisi, suverenliyi ilk dəfə bütöv olan Azərbaycan – ŞƏRH

7ae0ff33 892b 37be a72f 0be2168c5aad

1991-ci il oktyabrın 18-də Milli Məclis, ovaxtkı Ali Sovet Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bununla da Azərbaycan milli dövlətçilik tarixində mühüm hadisənin əsası qoyulub. Həmin il dekabrın 29-da referendumda əhalinin 95 faizi səsvermədə iştirak edərək müstəqilliyə, suverenliyə və istiqlaliyyətə səs verib. Sənəddə müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi … Read more

Sülhməramlılar Qarabağı tərk edir – Video

Rus sulhmeramli yeni

Rusiya sülhməramlıları yerləşdirildikləri əraziləri tərk edir. “Qərb Xəbər” məlumat verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara əsasən, 19 sentyabrdan bəri Əsgəran, Şuşa, Xocavənd və Ağdərədə ümumilikdə 24 – 8 müşahidə və 16 müvəqqəti məntəqəsi ləğv edilib.

HƏMAS-ın hücumu nəticəsində yaralanan İsrail vətəndaşlarının sayı 4475-ə çatıb

67990999 858e 31aa 9db5 e71c5511765f

HƏMAS-ın hücumu nəticəsində 4475 İsrail vətəndaşı yaralanıb. “Qərb Xəbər”TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb. Ərazidə 1 300-dən çox bina dağılıb. Ölənlərdən 8 nəfəri azərbaycanəsillidir.

Parlamentdə Zurabişvilinin impiçmenti məsələsinin müzakirəsi başlayıb

652f963ddc3c5652f963ddc3c61697617469652f963ddc3c3652f963ddc3c4

Gürcüstan parlamentində Prezident Salome Zurabişvilinin impiçmenti məsələsinin müzakirəsinə başlanılıb. “Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, sessiyada Salome Zurabişvili özü də iştirak edir. Hazırda impiçment təqdimatının müəllifi, hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze çıxış edir. Parlamentin sədri Şalva Papuaşvili prosedur haqqında danışarkən bildirib ki, Salome Zurabişvilinin 15 dəqiqəlik reqlamentlə çıxış etmək, həmçinin sual … Read more

AZAL-da uçuş qiymətlərinin baha olmasına aydınlıq gətirilib

Azall

Hamını maraqlandıran AZAL-da qiymət məsələdir. Aviasiya sahəsində qiymətlər dəyişkəndir, hətta eyni gündə, eyni yerə olan uçuşlarda, eyni sinifdə bəzi qiymətlər iki dəfəyə yaxın dəyişir. “Qərb Xəbər” məlumat verir ki, bunu İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib.   Onun sözlərinə görə, ölçü vahidi olaraq aviasiya sahəsində … Read more

Livanda ABŞ səfirliyinə hücum olub

4d1ebf9f f717 3649 8b97 189b4d7ce82d

Livanın paytaxtı Beyrutda ABŞ səfirliyinə hücum edilib. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, Livan polisi ABŞ səfirliyinə basqın etməyə cəhd edən fəallara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Bildirilib ki, təhlükəsizlik qüvvələri diplomatik nümayəndəliyin ərazisinə gedən keçidləri tikanlı məftillər və dəmir qalxanlarla bağlayıb.

Azərbaycanda mülki PUA-ların istehsalına dair tələblər müəyyənləşir

Pua

Azərbaycanda mülki pilotsuz uçuş aparatlarının layihələndirilməsinə və istehsalına dair tələblərin müəyyən edilməsi nəzərdə tutulur. “Qərb Xəbər” məlumat verir ki, bu, “Aviasiya haqqında” yeni qanunun layihəsində öz əksini tapıb. Sənədə əsasən, həmin tələblər aşağıdakılardır: – pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısının, havada və yerdə olan pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısı olmayan şəxslərin, o cümlədən mülkiyyətin … Read more

Türkiyəli nazir bu gün Bakıya gəlir

4cc8b219 d943 3440 aef8 5649d2771c07

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bu gün Bakıya gəlir. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Anadolu” məlumat yayıb. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək. Tərəflərin ikitərəfli əlaqələri müzakirə … Read more

2022-ci ildə Azərbaycanda ən çox ölüm Qazaxda qeydə alınıb

391388320 1859397211122693 1168907985548010864 n

2022-ci ildə Azərbaycanda ən çox doğum Yardımlıda, ən çox ölüm isə Qazaxda qeydə alınıb. Bu barədə  “Qərb Xəbər”  Azadlıq Radiosuna istinadən xəbər verir.  Dövlət Statistika Komitəsinin demoqrafik statistikasına əsasən 2022-ci ildə əhalinin hər 1000 nəfərinə görə ölüm sayı Qazax rayonunda 8 nəfər təşkil edib. Bu da ölkə üzrə ən yüksək göstəricidir. Ölkə üzrə ölüm sayı … Read more

Gələn il Azərbaycanda iki seçki keçirilə bilər

Images 2023 10 18T094929.022

Bu barədə “Qərb Xəbər” Azadlıq radiosuna istinadən xəbər verir. Bir müddət olar Azərbaycan mediasında tezliklə ölkədə referendum keçiriləcəyinə dair fikirlər dolaşır. Milli Məclisin deputatı Erkin Qədirli də şəxsi Telegram kanalında paylaşdığı yazısında bildirmişdi ki, bu il referendumun, gələn ilsə həm parlament, həm də bələdiyyə seçkilərinin olması gözlənilir. Rəsmi təqvimlə 2024-cü ildə ölkədə, ən azı, bir … Read more

BMT Baş katibi Yaxın Şərqdə humanitar atəşkəslə bağlı çağırış edib

Indir 2023 10 18T094649.797

BMT Baş katibi Antonio Quterreş Yaxın Şərqdə humanitar atəşkəslə bağlı çağırış edib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə BMT Baş katibinin “X” hesabında bildirilib. Baş katib Quterreş böyük miqyaslı insan itkilərinə diqqət çəkərək Yaxın Şərqdə dərhal humanitar atəşkəsin elan olunması ilə bağlı çağırış edib: “Bir çox insan həyatı və bütöv regionun taleyi təhlükədədir”, – … Read more

Mahmud Abbas Baydenlə görüşdən imtina etdi

652ee10d6c07e652ee10d6c07f1697571085652ee10d6c07c652ee10d6c07d

Fələstin Prezidenti Mahmud Abbas Qəzzada xəstəxananın vurulması ilə bağlı xəbərdən sonra ABŞ Prezidenti Co Baydenlə görüşü ləğv edib. “Qərb Xəbər” “Guardian”a istinadən xəbər verir ki, bu barədə yüksək səviyyəli Fələstin rəsmisi deyib. Görüş ABŞ Prezidentinin Yaxın Şərqə səfəri çərçivəsində İordaniyada baş tutmalı idi. Rəsmi mənbə bildirib ki, Mahmud Abbas Ramallaha qayıdıb. Qeyd edək ki, bu … Read more