İsrail ordusu ötən gecə Qəzza zolağında 200-dən çox hərbi obyektə zərbə endirib

ISRAEL PALESTINIAN CONFLICT

İsrail ordusu ötən gecə Qəzza zolağında 200-dən çox hərbi obyektə zərbə endirib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, gecə ərzində davam edən hücumlar nəticəsində Qəzza zolağında yerləşən HAMAS və İslami Cihad təşkilatlarına aid 200-dən çox hərbi hədəf vurulub. Bununla yanaşı, HAMAS-ın hərbi agentinin öldürüldüyü … Read more

Füzuli şəhərinin işğaldan azad edilməsindən 3 il ötür

1665951111 306153358 806609397316888 2217516001716336368 n

Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. “Qərb Xəbər”in məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan … Read more

Gəncənin Ermənistan tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasının ildönümüdür

652cf315bb570652cf315bb5711697444629652cf315bb56e652cf315bb56f

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından 3 il ötür. “Qərb Xəbər”in məlumatına görə, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub. Düşmənin hücumu zamanı … Read more

Hakan Fidan bu gün Livana gedəcək

Indir (48)

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah, oktyabrın 17-də Livana gedəcək. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, o, həmkarı Abdullah Bouhabiblə görüşəcək. Tərəflərin ikitərəfli və regional məsələləri müzakirə edəcəyi gözlənilir.

Gədəbəydə polisə silahlı müqavimət göstərməyə cəhd edənlər saxlanılıblar

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi logo.svg

Oktyabrın 16-da saat 21 radələrində Gədəbəy rayonu Sarıhasanlı kəndində evlərin birindən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərməyə cəhd edən şəxslər saxlanılıblar. DİN-in mətbuat xidmətindən “Qərb Xəbər”ə bildirilib ki, əvvəllər məhkum olunan, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (oğurluq) maddələri ilə axtarışda olan Hüseynov Nəsib Qayıb oğlu və onunla birlikdə olan, barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) … Read more

Gürcüstan Prezidenti vəzifədən uzaqlaşdırıla bilər

637243e24cf34531b7627d85c859b393

Gürcüstanın Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” partiyasının Prezidentin impiçmenti ilə əlaqədar təqdim etdiyi təqdimatına yekun rəyini açıqlayıb. “Qərb Xəbər” 24News.ge istinadən xəbər verir ki, məhkəmə Prezident Salome Zurabişvilinin hökumətdən icazəsiz xaricə səfərlər edərək ölkə konstitusiyasını pozduğunu müəyyən edib. Bildirilir ki, Prezident Salome Zurabişvili bu ilin avqust və sentyabr aylarında xaricə işgüzar səfərləri zamanı Gürcüstan hökumətinin … Read more

AÇG və “Şahdəniz”dən indiyədək 624 mln. tona yaxın neft hasil edilib

652d1cd9a4d0c652d1cd9a4d0d1697455321652d1cd9a4d0a652d1cd9a4d0b

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 oktyabr 2023-cü il tarixinədək 623,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyindən “Qərb Xəbər”-Economics”ə verilən məlumata görə, AÇG-dən 580,4 milyon ton neft, “Şahdəniz”dən isə 43,5 milyon tona yaxın kondensat çıxarılıb. “Bundan 01 oktyabr 2023-cü il tarixinədək 622 milyon tonu ixraca nəql edilib”, – məlumatda qeyd olunur. … Read more

ABŞ-da gen terapiyası görmə qabiliyyəti zəif olanlar üçün ümid verə bilər

773x435 cmsv2 349ce2b9 86eb 56ed 93b7 787225beeb77

Mayamidə anadangəlmə kor olan 14 yaşlı Antonio Vento Carvajalın adlı gənc, aylarla davam edən göz damcıları ilə tətbiq edilən gen terapiyası nəticəsində ilk dəfə görmə qabiliyyətini bərpa etməsi milyonlarla insana ümid verdi. ABŞ-da anadangəlmə kor uşaq üzərində sınaqdan keçirilmiş gen terapiyası sayəsində görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması milyonlarla insana ümid bəxş etdi. Associated Press, Mayamidə … Read more

Cahit Bağçı: “Azərbaycan və Türkiyə xarici siyasət məsələlərində yaxından əməkdaşlıq edirlər”

Cahit bagci

“Azərbaycan və Türkiyə xarici siyasət məsələlərində yaxından əməkdaşlıq edirlər”. “Qərb Xəbər” məlumat verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Xariciyə Təşkilatının yaradılmasının 500 illiyi ilə bağlı keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, bu gün dünyanın hər yerində Türkiyənin diplomatik missiyası fəaliyyət göstərir: “Türkiyə xarici siyasətə böyük üstünlük verir. Bizim dünyanın hər bir nöqtəsində … Read more

Suqovuşan İstirahət Parkı üçün ilkin olaraq ayrılan vəsait açıqlanıb

Suqovushan bayraq

Suqovuşan İstirahət Parkı üçün ilkin olaraq 4 milyon manata yaxın vəsait ayrılıb.  “Qərb Xəbər” məlumat  verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib. O bildirib ki, bunun içərisinə layihələndirmə işləri də daxildir: “İkinci mərhələ üçün layihə-smeta sənədlərinin hazırlanması da bu işlər çərçivəsində həyata keçirilir”.

Fələstinli müsəlman ailəsinə qarşı bu nifət aktının Amerikada yeri yoxdur

IMG 20231010 WA0044 (10)

Dünən İllinoys ştatında bir uşağın vəhşicəsinə öldürüməsi və uşağın anasının öldürülməsinə cəhd barədə xəbər tutan Jill və mən pis hala düşdük. Fələstinli müsəlman ailəsinə qarşı bu nifət aktının Amerikada yeri yoxdur. Bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidentı Joe Bien  X hesabından  paylaşım edib “Qərb Xəbər” bu məlumatı Joe Bien X hesabına istinadən xəbər verir.

Ermənilərə qaçqın statusu niyə verilə bilməz? – Professor

10577213 302040126644248 2220007664098583513 n

Qarabağdan köçən ermənilərə qaçqın statusu verilməsi üçün ya Azərbaycan vətəndaşı olmalı, ya da vətəndaşlığı olmayan şəxs olmalıdır. Bu sözləri açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. Mehdiyev bildirib ki, “dqr” tanınmadığı üçün Qarabağda yaşayan ermənilər xaricə Ermənistan pasportu ilə gedirdilər: “Beləliklə, Qarabağdakı ermənilərin böyük əksəriyyəti xaricdə de-yure Ermənistan vətəndaşı kimi qəbul edilir. Ermənistan vətəndaşlarına hansı hüquqla … Read more

Politoloq: Xocalının azad olunacağı günü belə təsəvvür etməzdik

Asif

Yeri ayrı olan Xocalının azad olunacağı günü belə təsəvvür etməzdik, əslində bir müddətdən sonra təsəvvür etməyin də başını buraxmışdıq. Ən yaxşı təsəvvürü isə Azər Qaraçənli 2018-ci ildə yazdığı “Ölümsüz Xocalı” yazısında etmişdi. Dünən Xocalının adı bayraq sancılan Xankəndi, Xocavənd, Ağdərə, Əsgəranla birlikdə səslənəndə onun yazdıqları kimi olmadı, amma bəlkə də olmaması daha yaxşı oldu, yoxsa … Read more

Avro-2024: Daha 7 oyun keçiriləcək

Indir 2023 10 16T102734.287

Avro-2024-ün seçmə mərhələsində VIII tur davam edir. “Qərb Xəbər” məlumat verir ki, bu gün daha 3 qrupda ümumilikdə 7 oyun keçiriləcək. Avro-2024, seçmə mərhələ VIII tur 16 oktyabr B qrupu 22:45. Yunanıstan – Niderland 22:45. Cəbəllütariq – İrlandiya Xal durumu: Fransa – 18 xal (6 oyun), Yunanıstan – 12 (6), Niderland – 9 (5), İrlandiya … Read more

Vladimir Putin: “Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur”

President vladimir putin

“Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur”. “Qərb Xəbər” məlumat ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukrayna əks-hücum zamanı ciddi itkilər verir: “Əks-hücum əməliyyatları iyunun 4-dən davam edir. İndiyə qədər heç bir nəticə yoxdur, yalnız böyük itkilər var”. V.Putin həmçinin hazırda davam edən döyüşlərin məqsədi barədə də danışıb: “Bu, … Read more

Rusiya 860 hərbçisini itirdi

Images 2023 10 16T094740.810

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 860 hərbçisini itirib.  “Qərb Xəbər” “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 288 630 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 17 tank, 23 zirehli döyüş maşını, 44 … Read more