AQTA məktəblilərin dönərdən zəhərlənməsi ilə bağlı açıqlama yayıb: “Müayinə üçün nümunələr götürülüb”

B37060a1 60ec 3b47 a314 0abef3906d50 850 (1)

Oktyabrın 24-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olmuş müraciət əsasında Bakı şəhərinin Xəzər rayonunda 21 məktəblinin zəhərlənmə şübhəsi ilə səhhətində baş vermiş problemlə bağlı müvafiq qurumların əməkdaşları ilə birgə dərhal araşdırmalara başlanılıb. Bu barədə “Qərb Xəbər”ə agentlikdən bildirilib. Qeyd olunub ki, toplanmış anamnez məlumatlarına əsasən, hadisənin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində … Read more

İran Və Ermənistan yük maşınlarından alınan rüsumları qarşılıqlı qaydada ləğv edəcəklər

Indir 2023 10 25T121855.407

Yerevan və Tehran yük maşınlarından dövlət sərhədini keçərkən alınan rüsumları qarşılıqlı qaydada ləğv edəcəklər. Azadlıq Radiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu siyasi razılaşma barədə məlumat Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın və İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaşın görüşü zamanı verilib. Sanosyan izah edib ki, bu razılaşmaya əsasən İran ərazisindən … Read more

Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunu parlamentə təqdim edib

Erdogan

Prezident administrasiyasından bildirilib ki, bu addım İsveçin NATO alyansına qoşulmasına imkan yaradacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də İsveçin NATO üzvlüyü üçün protokolunu ratifikasiya edən qanun layihəsini ölkə parlamentinə təqdim edib. Ərdoğan alyansın hələ ötən iyulda keçirilən sammitində müttəfiqlərə İsveçin üzvlük protokolunu ratifikasiya edəcəyini vəd etmişdi. O demişdi ki, bu hadisə oktyabrın 1-də parlament … Read more

Vaqif Xaçatryanın məhkəmə prosesi başlayıb

Images 2023 10 25T113835.518

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb. “Qərb Xəbər” məlumat verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verəcək. R.Carçılı

SOS: Qazax-Tovuz bölgəsi həddi buluğa çatmayan anaların sayında öndədir

Images 2023 10 25T113246.736

Azərbaycan üzrə 2022-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfərdir. “Qərb Xəbər”in məlumatına görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci … Read more

Azərbaycanda doğulan uşaqların cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir

6538c10254ba46538c10254ba516982182426538c10254ba26538c10254ba3

2022-ci il üzrə doğumu qeydə alınmış 122846 nəfərdən 64940-ı oğlan, 57906- sı isə qızdır. “Qərb Xəbər” in məlumatına görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət … Read more

Yaşar Gülər ​​Azərbaycana səfərindən sonra rəsmi təmaslar aparmaq üçün növbəti səfər üçün yola düşür

7d228633 c7f9 3b46 ad6d 12d0aa57c967

 Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər ​​Azərbaycana səfərindən sonra rəsmi təmaslar aparmaq üçün Serbiyaya gedib. Nazir Yaşar Güləri Belqrada gəldikdən sonra Serbiya Müdafiə Nazirliyi adından Müdafiə Universitetinin rektoru briqada generalı Boban Doraviç, Belqrad səfirimiz Hami Aksoy, Belqrad hərbi attaşesi polkovnik Cihan Ercan və digər rəsmi şəxslər qarşılayıblar. Bu,barədə Türkiyə Müdafiə Nazirliyi “X” hesabında paylaşım edib. … Read more

Ukrayna Baş Qərargahı Rusyanın itgilərini açıqladı

Russian Ukraine war (1)

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 800 hərbçisini itirib.  “Qərb Xəbər”“Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 296 310 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 7 tank, 28 zirehli döyüş maşını, 44 artilleriya … Read more

Rəcəb Tayyib Ərdoğan BMT yaranmasının il dönümü ilə bağlı təbrik mesajı yolladı

ərdoğan erdoğan erdogan

Rəcəb Tayyib Ərdoğanın 24 Oktyabr Birləşmiş Millətlər Təşkilatı Günü və Birləşmiş Millətlər Təşkilatının yaranmasının 78-ci ildönümü ilə bağlı mesajları aşağıda təqdim olunur: Qurucu üzvü olduğumuz Birləşmiş Millətlər Təşkilatının (BMT) 78 illik yubileyini təbrik edir, dünyamızda sülh, firavanlıq, ədalət və əmin-amanlığın bərqərar olması üçün BMT çətiri altında çalışan hər kəsə təşəkkürümü bildirirəm. ölkəm və millətim adından. … Read more

Azərbaycan gömrüyünün yeni İnkişaf Modeli hazırlanıb

6538b1c0a06ad6538b1c0a06ae16982143366538b1c0a06a96538b1c0a06ab

Ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti ona həvalə edilmiş vəzifələrin vaxtında və keyfiyyətlə icrasına nail olmaq məqsədilə öz fəaliyyətini “Gömrük İNKİŞAF modeli”nə uyğun olaraq davam etdirir. İNKİŞAF modelinin ideoloji izahı düzgün istiqamətdə hərəkət edib, novator olaraq, keyfiyyətə diqqət yetirərək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri … Read more

Məhbuslar da məzuniyyətə buraxılır – Azərbaycanda yenilik

Images 2023 10 25T100314.913

Azərbaycanda bir neçə məhbus məzuniyyətə buraxılıb. “Qərb Xəbər”“Qafqazinfo”a istinadən xəbər verir ki, məhkumlara məzuniyyət verilməsi Penitensiar Xidmətdə ilk haldır. Bir neçə günlük məzuniyyətə buraxılan məhbuslar, müddət bitdikdən sonra cəzaçəkmə müəssisəsinə geri dönüblər. Məlumatı Penitensiar Xidmətdən də saytımıza təsdiq ediblər. Bildirilib ki, bundan başqa, yeni təyin olunmuş Xidmət rəisi Mirsaleh Seyidovun tapşırığı ilə çoxsaylı yeniliklər tətbiq … Read more

Rusiya səfiri Ermənistan XİN-ə çağırılıb

3ceb2f9d 6107 37eb b4ad a1bb38176acd

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, 2023-cü il oktyabrın 23-də Rusiyanın “Birinci kanal”ında yayımlanan proqramda Ermənistanın yüksək rütbəli məmurlarına qarşı tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib. R.Carçılı

Rusiya MN-dən Qarabağdakı sülhməramlılar barədə məlumat

Indir 2023 10 25T093406.826

Rusiya sülhməramlılarının sentyabrın 19-dan 24 müşahidə məntəqəsini bağlanıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfi ilə birgə 2 məntəqə da daxil olmaqla, 6 məntəqə quraşdırılıb. Qeyd edək ki, bundan öncə “hərəkətin təhlükəsizliyi məqsədilə” 10 post qurulduğu bildirilmişdi. R.Carçılı

ABŞ Yaxın Şərqdəki vətəndaşları üçün təxliyə planı hazırlayıb

653858e5b48d7653858e5b48d81698191589653858e5b48d5653858e5b48d6

ABŞ Yaxın Şərqdəki vətəndaşlarının təxliyyəsi üçün “ehtiyatlı təcili tədbirlər planı” hazırladığını açıqlayıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Ağ Ev İsrail və Fələstin arasındakı münaqişənin daha geniş regional münaqişəyə çevriləcəyi təqdirdə Yaxın Şərqdəki vətəndaşlarının təxliyyəsi üçün “ehtiyatlı təcili tədbirlər planı” hazırlayıb. Bildirilib … Read more

Bakıda dönərdən zəhərlənənlər var

653813b08a0a6653813b08a0a7169817387205a66e78278ef49dacd454bd4382ecd4

Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub. TƏBİB-dən  bildirilib ki, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 20 şagird hospitalizasiya olunur. Onların … Read more

Qubadlı şəhərinin işğaldan azad edilməsindən 3 il ötür

Indir 2023 10 25T084648.784

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. “Qərb Xəbər”in məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi … Read more

BMT-nin mənzil-qərargahı qarşısında yüzlərlə etirazçı HƏMAS-dan girovların azad olunmasını tələb edir

423557482 0 0 3067 1725 1920x0 80 0 0 7dfc0bc797e334a47710cfb685ca1b1c

MT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında yüzlərlə etirazçı əllərində şüarlar və İsrail bayraqları ilə HƏMAS-dan girovların azad edilməsi tələbi ilə nümayiş keçirib. “Qərb Xəbər” bu barədə TASS-a istinadən xəbər verir. Nümayiş iştirakçıları “Onları evə gətirin!”, “Biz İsrailin yanındayıq” şüarları səsləndiriblər. Etiraz BMT Təhlükəsizlik Şurasında bir sıra ölkələrin, o cümlədən İsrail, Fələstin, Almaniya, ABŞ və Fransanın xarici siyasət … Read more

Ceyhun Bayramovla Sergey Lavrov Tehran görüşünün nəticələrini müzakirə ediblər

43e795af e06a 3638 9f09 11a067144da6

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə “Qərb Xəbər” ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının Tehranda keçirilmiş nazirlər … Read more

Kamran Əliyev Ərdoğana tarixi rəsm əsəri təqdim edib

Ebb7cfab f18c 3413 89ac b499dce7ba0a

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbulu zamanı Türkiyə Prezidentinə rəsm əsəri təqdim edib. “Qərb Xəbər” verir ki, rəsmdə 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalanan zaman dövlət başçılarının görüşü əks olunub. Qeyd edək ki, qəbul Baş prokuror … Read more

Nazir: “Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına mühüm töhfə verir”

Pərviz Şahbazov

“Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına mühüm töhfə verir”. “Qərb Xəbər” məlumat verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Respublika Gününə həsr olunmuş tədbirdə deyib. O qeyd edib ki, uzun müddət davam edən münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyən Qazaxıstan bu gün də işğaldan azad edilmiş ərazilərin bərpasına öz töhfəsini … Read more