Dünya

Ərdoğan Türkiyə Ordusunun Suriya və İraqda yeni əməliyyatlarının anonsunu verib

25 oktyabr / 14:00 1 dəq
C25d3614 ab78 3a85 8c44 e1648ed537e6
25 oktyabr / 14:00
Burada sizin reklamınız ola bilər

“Terrorçuları qoruyanların bir gün həqiqəti anlayacaqlarına inanırıq”.

“Qərb Xəbər” bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) AK Partinin toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin terrorla mübarizəsi davam edəcək: “Sərhədlərimiz boyunca davam edən terror dəhlizlərini yeni əməliyyatlarla məhv etməyə davam edəcəyik”.

R.T.Ərdoğan söyləyib ki, Türkiyə Ordusu Suriya və İraqdakı vəzifəsini layiqincə yerinə yetirir: “Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqdakı fəaliyyət müddətlərinin daha 2 il uzadılmasına səs verən bütün deputatlara təşəkkür edirəm”.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər