Siyasət

Bu gün Milli Azadlıq Hərəkatının lideri,eks-prezident Əbülfət Elçibəyin anım günüdür

22 avqust / 12:12 1 dəq
Elçibəy
22 avqust / 12:12
Burada sizin reklamınız ola bilər

Bu gün Milli Azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatından 23 il keçir. Əbülfəz Elçibəy 1992-ci il 7 iyunda keçirilən prezident seçkilərində demokratik yolla prezident seçilmişdir. 1993-cü il 4 iyun Gəncə qiyamından sonra hakimiyyətdən uzaqlaşdırılmışdır. 1970-ci illərdən başlayaraq Azərbaycan Dissident hərakatının əsasını qoyanlardan biri olmuşdur. 1988-ci ildən başlayan Xalq Hərakatının lideri olmuş,AXC-nin (AXCP-nin) və BAB (Bütöv Azərbaycan Birliyinin) qurucu sədri olmuşdur.2000 ci ilin 20 avqust tarixində Türkiyənin Gülhane Hospitalında ağır xəstəlikdən sonra vəfat etmişdir.

22 avqust 2000-ci ildə xalqımız  Əbülfəz Elçibəyi ən böyük izdihamla son mənzilə yola salıb. Allah rəhmət etsin!

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı