Zori Balayan öldü
Erməni yazıçı Zori Balayan 91 yaşında ölüb.
Bu barədə onun oğlu Hayk Balayan məlumat verib.
Qeyd edək ki, Zori Balayan 1981-ci ildə yazdığı “Ocaq” kitabı ilə Azərbaycanın Qarabağ və Naxçıvan torpaqlarına ərazi iddiaları irəli sürərək etnik ədavəti qızışdırıb. O, “Miatsum” hərəkatının liderlərindən biri kimi Qarabağda separatçılıq fəaliyyətinin əsas ideoloqu olub.
1988-ci ildə Moskvada Mixail Qorbaçovla görüşərək Qarabağın Ermənistana birləşdirilməsi üçün intensiv lobbiçilik edib. Balayanın adı 1994-cü ildə Bakı metrosunda 12 nəfərin ölümü ilə nəticələnən terror aktının əsas təşkilatçısı və sifarişçisi kimi hallanıb. Bu cinayət faktı ilə bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən ona qarşı cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib. 2005-ci ildə İtaliyada saxlanılsa da, erməni lobbisinin təzyiqi ilə qısa müddət sonra sərbəst buraxılıb. O, ömrü boyu Azərbaycana qarşı nifrət və işğal ideologiyasının müəllifi kimi tarixə düşüb.
Nə deyək:-ATƏŞİ BOL OLSUN!





