Dünya

“Zolotaya Korona” Azərbaycana pul köçürmələrini dayandırdı

25 iyul / 12:16 1 dəq
Zolotaya korona
25 iyul / 12:16
Burada sizin reklamınız ola bilər

Rusiyanın ödəniş sistemi “Zolotaya Korona” Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 21-ci sanksiyalar paketindən sonra Azərbaycana, Gürcüstan, Ermənistan və daha bir sıra ölkələrə pul köçürmələrini dayandırıb.

“Teleqraf”ın xəbərinə görə, sistemin rəsmi saytında Rusiyadan onlayn pul köçürmələrinin mümkün olduğu ölkələr siyahısında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qeyd edilib.

Qeyd edək ki, Avropa İttifaqının sanksiyaları “Zolotaya Korona” ödəniş sisteminin operatoru olan RNKO “Payment Center” (“Ödəniş Mərkəzi”) təşkilatına da şamil edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı