Zelinski İlham Əliyevə təşəkkür etdi
Prezident İlham Əliyevlə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
“Qərb xəbər” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Tvitter hesabından məlumat verib.
Zelenski həmkarına atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə təşəkkür edib.




