Kiyev Macarıstanın Baş naziri Viktor Orbanın atəşkəslə bağlı təklifini dinləyib, lakin hesab edir ki, bu cür təşəbbüslər nizamlamanın digər aspektlərindən ayrı nəzərdən keçirilməməlidir.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva Ukrayna telemarafonunun efirində deyib.
“Orban öz fikrini bildirdi. Bu, belə mümkün ssenarilərdən danışan ilk ölkə deyil. Prezident Zelenski həmsöhbətini dinləsə də, cavabında öz mövqeyini bildirdi. Ukraynanın mövqeyi kifayət qədər aydın, anlaşılan və hamıya məlumdur. Fakt budur ki, bu cür prosesləri ayrı-ayrılıqda nəzərdən keçirmək olmaz”, – Jovkva bildirib.