Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Zelenski Ukraynanın müdafiə naziri postuna Rüstəm Umerovu təklif edib

4 sentyabr / 09:00 2 dəq
Indir 2023 09 04T090000.582
4 sentyabr / 09:00
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Oleksiy Reznikovu işdən çıxarmaq qərarına gəldiyini və onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun keçməli olduğunu bildirib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciətində bildirib.

Onun sözlərinə görə, kadr dəyişikliyi barədə təklif bu həftə göndəriləcək.

“Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var. İndi nazirliyə Rüstəm Umerov başçılıq etməlidir. Ukrayna Ali Radası bu adamı yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm”, – Ukrayna lideri vurğulayıb.

Qeyd edək ki, 41 yaşlı Rüstəm Ənvər oğlu Umerov 2019-cu ildən Ukrayna Ali Radasının xalq deputatıdır. Siyasətçi həmçinin Krım Tatar Milli Qurultayının nümayəndəsi olub. O, 2007-ci ildən Mustafa Əbdülcəmil Qırımoğlunun müşaviridir.

Əsli Krımın Aluşta şəhərindən olan Umerov Özbəkistanın Səmərqənd vilayətinin Bulunqur şəhərində doğulub. Umerovlar ailəsi 1944-cü ildə Krımdan Mərkəzi Asiyaya sürgün edilənlərdəndir. Daha sonra Umerovlar ailəsi doğma yurdlarına qayıda bilib. Rüstəm Umerov əslən Krım tatarıdır və müsəlmandır. Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Rüstəm Umerov “Anadolu”ya müsahibəsində Ukraynanın Qarabağın Azərbaycanın ayrılmaz parçası kimi tanıdığını xatırladıb, münaqişə bölgəsindəki Ermənistan hərbçilərinin işğalçı olduğunu vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı