Dünya

Zelenski: Rusiyanın Ukraynadakı məğlubiyyəti azad ölkələr üçün vacibdir

1 mart / 09:09 2 dəq
Zelenski
1 mart / 09:09
Burada sizin reklamınız ola bilər

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü deyib ki, Rusiyanın onun ölkəsinə təcavüzü Avropanın bir neçə nəsilinin yolunu müəyyənləşdirir.⁣

“Biz keçmişdə də başqasının başqa bir ölkənin taleyini necə müəyyənləşdirməyə çalışdığını görmüşük. Bu, Balkanlarda, Şərqi Avropada və Avropanın başqa yerlərində baş verib. İndi [Rusiya prezidenti Vladimir] Putin də eyni şeyi etmək istəyir” – deyə, Zelenski Albaniyada keçirilən Cənub-Şərqi Avropa liderlərinin sammitində bildirib.⁣

Zelenski deyib ki, Putinin müharibədə uduzması “bütün azad ölkələr üçün vacibdir” və Rusiya liderinin uğursuzluqları “bizim təhlükəsizliyimizdir”.⁣

Zelenski həmçinin Ukrayna qüvvələrinə çox ehtiyac duyulan sursatların tədarükü üçün Çex Respublikasının rəhbərlik etdiyi təşəbbüsdə iştirak etmək öhdəliyinə görə Belçikanı tərifləyib.⁣

Belçikanın baş naziri Aleksander De Kroo Belçikanın səylərə 216 milyon dollar maliyyə ayıracağını bildirib.⁣

De Kroo “Biz Ukraynanın hər gün etdiyi fədakarlığı heç vaxt edə bilmərik. Lakin biz prezident Zelenskiyə istədiyini – Rusiyanın təcavüzünün qarşısını almaq üçün daha çox sursat verə bilərik” deyib.⁣

Zelenski bildirib ki, o, müttəfiqlərin Ukraynanın müdafiə ehtiyaclarının aktuallığını başa düşməsini yüksək qiymətləndirir.⁣

“Belə qətiyyətli və vaxtında atılan addımlar Ukraynada və bütün Avropada azadlığı müdafiə etmək üçün bizə lazım olan şeydir” – deyə, o, X səhifəsində bildirib.⁣

Ukrayna ordusu çərşənbə günü bildirib ki, Rusiya keçən gecə hücumlarını 10 pilotsuz təyyarə və qeyri-müəyyən sayda idarə olunan raketlərlə davam etdirib.⁣

Ukrayna Hərbi Hava Qüvvələri Odesa və Mikolayiv vilayətləri üzərində 10 pilotsuz uçüş aparatın hamısının məhv edildiyini bildirib.

@Amerikanın səsi

Paylaş
Burada sizin reklamınız ola bilər