Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə “Bərabər hüquqlarımız” layihəsi çərçivəsində növbəti təlim reallaşıb.
✅ Təlim 2 əsas mövzudan ibarət olub. Təlimçi Hikmət Carçıyev “Nifrət nitqi”, təlimçi, İnnovativ Vətəndaş Təşəbbüsləri İctimai Birliyinin sədri Rafiq Muradov isə “İctimai vəkillik” mövzusunda təqdimatla çıxış ediblər. Keçirilən mövzular aşağıdakı başlıqları əhatə edib.
🔹️Nifrət nitqi nədir?;
🔹️Nifrət nitqinin nəticə və zərərləri;
🔹️Nifrət nitqi qurbanları;
🔹️Nifrət nitqindən qaçmağın yolları;
🔹️İctimai vəkillik (advokasi) nədir?;
🔹️Advokasi kampaniyasında problemin qoyuluşu;
🔹️Advokasi kampaniyasının strategiyaları və s.
📌 Diskussiya şəraitində keçən təlimdə gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.