Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü deyib ki, Rusiyanın onun ölkəsinə təcavüzü Avropanın bir neçə nəsilinin yolunu müəyyənləşdirir.
“Biz keçmişdə də başqasının başqa bir ölkənin taleyini necə müəyyənləşdirməyə çalışdığını görmüşük. Bu, Balkanlarda, Şərqi Avropada və Avropanın başqa yerlərində baş verib. İndi [Rusiya prezidenti Vladimir] Putin də eyni şeyi etmək istəyir” – deyə, Zelenski Albaniyada keçirilən Cənub-Şərqi Avropa liderlərinin sammitində bildirib.
Zelenski deyib ki, Putinin müharibədə uduzması “bütün azad ölkələr üçün vacibdir” və Rusiya liderinin uğursuzluqları “bizim təhlükəsizliyimizdir”.
Zelenski həmçinin Ukrayna qüvvələrinə çox ehtiyac duyulan sursatların tədarükü üçün Çex Respublikasının rəhbərlik etdiyi təşəbbüsdə iştirak etmək öhdəliyinə görə Belçikanı tərifləyib.
Belçikanın baş naziri Aleksander De Kroo Belçikanın səylərə 216 milyon dollar maliyyə ayıracağını bildirib.
De Kroo “Biz Ukraynanın hər gün etdiyi fədakarlığı heç vaxt edə bilmərik. Lakin biz prezident Zelenskiyə istədiyini – Rusiyanın təcavüzünün qarşısını almaq üçün daha çox sursat verə bilərik” deyib.
Zelenski bildirib ki, o, müttəfiqlərin Ukraynanın müdafiə ehtiyaclarının aktuallığını başa düşməsini yüksək qiymətləndirir.
“Belə qətiyyətli və vaxtında atılan addımlar Ukraynada və bütün Avropada azadlığı müdafiə etmək üçün bizə lazım olan şeydir” – deyə, o, X səhifəsində bildirib.
Ukrayna ordusu çərşənbə günü bildirib ki, Rusiya keçən gecə hücumlarını 10 pilotsuz təyyarə və qeyri-müəyyən sayda idarə olunan raketlərlə davam etdirib.
Ukrayna Hərbi Hava Qüvvələri Odesa və Mikolayiv vilayətləri üzərində 10 pilotsuz uçüş aparatın hamısının məhv edildiyini bildirib.
@Amerikanın səsi