Dünya

Zelenski media nümayəndələrinə qarşı sanksiya tətbiq edib

12 aprel / 10:24 1 dəq
Zelenski unufirmda
12 aprel / 10:24
Burada sizin reklamınız ola bilər

“Ukraina.ru” saytının, “Sputnik” agentliyinin, “RT”, “ВГТРК” və “НТВ” telekanallarının, eləcə də bir sıra digər Rusiya KİV nümayəndələri Zelenskinin sanksiyalar siyahısına düşüblər.

Qerbxeber.com xəbər verir ki, siyahıbu barədə Ukrayna Prezidentinin rəsmi saytında dərc edilən Sərəncamda yer alıb.

Sanksiyaya məşhur rusiyalı aparıcılar Şarapova və Norkin, hərbi müxbirlər Dolqaçyov, Zenin, Andronik və Qazdiyev düşüblər. Daha bir sıra məşhur müxbirlər, aparıcılar, operatorların da adları siyahıda yer alıb.

Sanksiya siyahısına düşən media nümayəndələrindən olan Dolqaçyov bunu Kiyevin xəbərləri çatdıran insanlara qarşı ovu və söz azadlığına qarşı çıxmaq kimi qiymətləndirib.

Qeyd edək ki, Zelenskinin sanksiya siyahısına 18 media işçisi və 71 fiziki şəxs düşüb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Ukraynanın sanksiya siyahısı hazırladığı barədə xəbər vermişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər