Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Zelenski: Krımdan vaz keçməyə dəyməz,Rusiya özü başladığı müharibəni bitirməlidir

18 avqust / 10:21 2 dəq
Zelenski unufirmda
18 avqust / 10:21
Burada sizin reklamınız ola bilər

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün artıq Vaşinqtona gəlib.

Qerbxeber.com xəbər verir ki,  bu barədə  Zelenski rəsmi Telegram kanalında yazıb: “Artıq Vaşinqtona gəlmişəm. Sabah prezident Trampla görüşəcəyik. Sabah Avropa liderləri ilə danışacağıq. Dəvətə görə ABŞ prezidentinə minnətdaram”.

O qeyd edib ki, hər kəs müharibəni bitirmək istəyir, lakin “sülh uzunmüddətli olmalıdır”: “İllər əvvəl olduğu kimi deyil – hansı ki, Ukrayna Krımdan və Şərqimizin bir hissəsindən – Donbasın bir hissəsindən imtina etmək məcburiyyətində qaldı və Putin bundan sadəcə olaraq yeni hücum üçün tramplin kimi istifadə etdi”.

Zelenski 1994-cü ildə Ukraynaya verilən və reallıqda işləməyən “təhlükəsizlik zəmanətləri”ni də xatırladıb: “2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa, Xarkovdan əl çəkmədiyi kimi, o zaman da Krımdan imtina etməyə dəyməzdi”.

O əlavə edib ki, ukraynalılar öz torpaqları, müstəqillikləri uğrunda vuruşurlar və hazırda Ukrayna Silahlı Qüvvələri Donetsk və Sumi vilayətlərində uğur qazanır. Prezident əmin olduğunu bildirib ki, Ukrayna özünü müdafiə edə, effektiv təhlükəsizliyi təmin edə biləcək və ukraynalılar dəstək və köməyə görə prezident Trampa və ABŞ-a minnətdar olacaqlar: “Rusiya özünün başladığı bu müharibəyə son qoymalıdır. Ümid edirəm ki, Amerika ilə, avropalı dostlarımızla ümumi gücümüz Rusiyanı əsl sülhə vadar edəcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı