Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Zelenski Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib

17 avqust / 19:59 2 dəq
Zelenski yeni
17 avqust / 19:59
Burada sizin reklamınız ola bilər

Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib.

Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib.

“Bizə real danışıqlar lazımdır. Bu o deməkdir ki, onlar indi cəbhə xəttinin olduğu yerdən başlaya bilərlər. Təmas xətti danışıqlar üçün ən yaxşı xəttdir. Avropalılar bunu dəstəkləyir və biz hamıya təşəkkür edirik”, – Zelenski deyib.

Ukrayna lideri həmçinin qeyd edib ki, Rusiyanın Donetsk bölgəsində heç bir uğuru yoxdur və 12 ildir Kreml rəhbəri Vladimir Putin bu ərazini ələ keçirə bilmir:

“Ukrayna Konstitusiyası ərazilərin təhvil verilməsini mümkünsüz edir.Ərazi məsələsi çox vacib olduğu üçün onu ancaq Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü zamanı Ukrayna və Rusiya liderləri müzakirə etməlidir. Hələlik Rusiya üçtərəfli görüşün baş tutacağına dair heç bir əlamət göstərməyib”.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Ağ Evin rəhbəri Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı