Xəbər

Zelenski 162 nəfər azərbaycanlıya Ukrayna vətəndaşlığı verib

16 yanvar / 16:43 1 dəq
2d07f282 9d18 3f53 b5f7 5d6caa612635
16 yanvar / 16:43
Burada sizin reklamınız ola bilər

2022-ci ildə Ukrayna vətəndaşlığını alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, il ərzində ümumilikdə 162 nəfər Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığını alıb.

Bunlardan 14 nəfər Ukrayna prezidenti fərmanı ilə vətəndaşlıq alıb. Vətəndaşlıq alanlardan 2-si uşaqdır.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Rusiyanın geniş miqyaslı hücumu nəticəsində Ukraynada müharibə gedir.

Paylaş
Burada sizin reklamınız ola bilər