Maraqlı

Yeni doğulan körpələrə verilən qəribə adlar və ya valideyn məsuliyyəti yoxsa dövlət nəzarəti?

7 iyul / 12:29 3 dəq
Körpə
7 iyul / 12:29
Burada sizin reklamınız ola bilər

Son 6 ayda Azərbaycanda körpələrə qoyulan nadir və qəribə adlar məlum olub.

Qerbxeber.com ” Report”un  məlumatına əsasən xəbər verir ki, son illərdə yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adların verilməsi geniş yayılıb.

Belə ki, bu ilin son altı ayında Koroğlu, Alaz adlarının hər biri iki uşağa, Əsğər adı dörd uşağa, Həkimə beş uşağa, Çilənay adı isə üç uşağa verilib.

Eyni zamanda Dağlar, Alay, Ayala, Ayat, Xanəli, Bircəgül, Gülan, Tükəzban, Dua, Həkim, Elis, Elissa, Elmidar, Ramon, Güldanə, Zara, Xədicat, Xilqət, Xosaxan, Qəribəli adlarının isə hər biri bir uşağa qoyulub.

Azərbaycanda ötən il isə uşaqlara Tovuz, Alan, Mayya, Kürsümxanım, Xansu, Xansuvar, Almagül, Ağaəmi, Ağadədə, Zərqələm, Qarakişi, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Nənəş, Arazəli, Dağhan, Amine, Üseyd, Pavel, Sifayə, Siadə, Çigəli, Limanə, Zinhar, Zinharə adları da verilib. Bunların da hərəsi bir uşağa qoyulub.

Badam və Binəli adları iki uşağa, Tarif üç, Əsğər adı isə beş uşağa verilib.

Qeyd edək ki, bu il oğlan uşaqlarına ən çox Uğur (802), qız uşaqlarına isə Zəhra (533) adı verilib.

Bizim şərh:

Ad bahaçıl olur”-deyib Atalarımız. Hər bir adın onu daşıyan insana verdiyi bir yük, müəyyən bir aura və psixoloji yöndən təsiri olur.

Dünyaya yeni gələn körpələrə verilən adlar bir başa onların valideynlərinin məsuliyyətidir.Bu  işə kimsənin ailədaxili məsələsi kimi yanaşılmamalıdır.Ad qoyma, əslində bir sosial məsuliyyətdir. Fikrimizcə, hər bir valideyn bu məsələyə həssas yanaşmalıdır.

Eyni zamanda dövlət orqanları da belə məsələlərdə prinsipial və çevik hərəkət etməlidir.Zira, bu gün övladına Səmərqənd, Tovuz, Almagül,Limanə, Badam adı verən zehniyyətin sabah, Yevlax, Ağcabədi, Gavalı, Xiyarə, Xaldan və Güldan adı qoymayacağı nə məlum?

Və Sonda..

Hər bir ata-ana övladına ad verərkən -Onun gələcəkdə  toplum içində utanmayacağını düşünməlidir!

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər