Kateqoriyasız

Yağış yağacağı, dolu düşəcəyi gözlənilir

21 iyul / 11:43 1 dəq
60f7cdcfa7dd560f7cdcfa7dd6162685281560f7cdcfa7dd260f7cdcfa7dd4
21 iyul / 11:43
Burada sizin reklamınız ola bilər

Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 30-35° isti olacaq.

İyulun 22-dən 24-ü gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər