Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Xankəndidə “iclas” – Separatçıların hücum planı…

21 iyul / 11:19 2 dəq
Indir 2023 07 21T111900.103
21 iyul / 11:19
Burada sizin reklamınız ola bilər

Qarabağdakı separatçı rejimin qondarma “parlamenti” bu gün “növbədənkənar” iclas keçirəcək.

“Qərb Xəbər” Publika.az-a istinadən xəbər verir ki, qondarma “parlamentin” bugünkü iclasında Qarabağdakı hadisələrə “təsir edəcək” ciddi qərarların qəbul olunacağı gözlənilir.

Detallar açıqlanmır, lakin müəyyən “dönüş”lərin olacağı deyilir. Qondarma “parlamentin” qondarma “xarici əlaqələr komitəsinin sədri”, daşnak Vahram Balayan iclasın keçiriləcəyini və ciddi hadisələrin olacağını təsdiqləyib, lakin o da detalları açıqlamayıb.

“Sabah hər şeyi öyrənəcəksiniz” – deyə Balayan dünən “Aravot” saytına açıqlamasında bildirib.

Balayan separatçıların “başçısı” Araik Arutyunyanın “bir həftə vaxt verməsi və sərt tədbirlərə əl atılması” haqda açıqlamasından da danışıb. Jurnalistin “bu hansı addımlar ola bilər” sualına cavabında Balayan bildirib ki, bəzi proseslər gözə dəyməyə bilər, bəzi şeyləri gözləmək məcburiyyətindəyik.

Və bununla separatçıların gizli hazırlıq içində olduğunu da etiraf edib. Araik “sərt tədbirlərin” qondarma “artsax”dan kənarda, yəni Azərbaycan Ordusunun dayandığı ərazilərdə də atılacağını iddia etmişdi. Qondarma “dövlət naziri” Qurgen Nersisyan isə bu addımların bir həftədən daha tez atıla biləcəyini deyib. Məlumatlar deməyə əsas verir ki, separatçılar “dönüş” adlandırdıqları addımları bu gün atmağa hazırlaşır. Bu addımların ordumuza qarşı təxribat ola biləcəyi istisna edilməməlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı