Xalid Kərimli: Bazarda ətin qiyməti yenidən əvvəlki qiymətinə qayıda bilər
ət kəsimi
Məlumata əsasən, bazarda qoyun əti 7-8, quzu əti isə 15-16 manatdır. Halbuki indiyə kimi quzu əti 13-14 manat idi.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə kənt təsarrüfatı eksperti Xalid Kərimli danışıb.
Onun sözlərinə görə, dünyada heyvan yemi bahalaşıb: “İntensiv təsərrüfatla, heyvandarlıqla, quşçuluqla məşğul olan şəxslərin tərzləri artıb. Yemin tərkibinə bu məhsullar daxildir: taxıl məhsulları, arpa, buğda, soya, protein və s. Bunlarında qiyməti bahalaşıb. İntensiv olmayan təsərrüfatda isə məhsuldarlığın aşağı düşməsindən otun bahalaşmasını izah etmək olar. Ümumi şəkildə ətin bahalaşmasının səbəbi heyvandarlığın, quşçuluğun məhsuldarlığının əvvəlki kimi istehsal edilə bilməməsi səbəbindəndir”.
Ekspert bildirib ki, konkret olaraq ətin bahalaşmasına səbəb ona olan tələbatın artmasıdır: “Qurban bayramı ilə əlaqədar insanlar qurban kəsirdilər tələbat artırdı. Kiçik heyvandarlıq məhsulları epizodik olaraq bu həftədən bahalaşmağa başladı, yenidən əvvəlki qiymətlərə qayıda bilər. Ümumi şəkildə keçən illərlə bu ili müqayisə etsək, quşçuluq və heyvandarlıq məhsullarının qiymətinin ötən illərdəki qiymətlərə düşmə ehtimalı indiki halda real deyil. Çünkü hal hazırda bu yem məhsulları hansı ki, heyvandarlığın quşçuluğun maya dəyərinin 70%-dən çoxunu təşkil edir. Bunlarda ucuzlaşma müşahidə olunmadığına görə son məhsullarda da ucuzlaşma gözlənilmir”.
Vüsalə Kərimova




