İqtisadiyyat

Xaçınabada ilk dəfə təbii qaz verilib

10 may / 17:02 1 dəq
D0ee6ef2 8b0e 4b03 9ec9 8ac85fab4062
10 may / 17:02
Burada sizin reklamınız ola bilər

Bu gün Beyləqan rayonunun Xaçınabad kəndi ilk dəfə təbii qazla təmin olunub.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 77 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 836 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

“Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır”,- məlumatda qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər