Dünya

Volodimir Zelenski: “Bir həftə ərzində 9 min rusiyalı öldürülüb”

3 mart / 12:02 2 dəq
5863c5eedd4008c68a980ad44d0656f1
3 mart / 12:02
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski martın 3-nə keçən gecə xalqa növbəti dəfə müraciət edib.

Qərb xəbər” “Report”a istinadən xəbər verir ki, müraciətin videogörüntüsü Ukrayna dövlət başçısının teleqram kanalında yayımlanıb.

“Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürüldü. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular”, – Zelenski bildirib.

Zelenski deyib ki, Ukrayna xalqı bir həftə ərzində düşmənin planlarını pozub: “Biz onları dayandırdıq və əzdik. Biz düşmənin planlarını bir həftədə pozan xalqıq. İllərlə qurulan planlar. Yəni ölkəmizə, xalqımıza, ürəyində azadlıq olan hər bir insana nifrətlə hesablanmış…(planları-red). Amma biz onları saxladıq və əzdik”, – Prezident vurğulayıb.

Zelenski əlavə edib ki, hərbçilərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa, hətta sadə ukraynalılar da hər gün rus əsgərlərini əsir götürür: “Və onlar yalnız bir şey deyirlər. Nə üçün burada olduqlarını bilmirlər”.

Paylaş
Burada sizin reklamınız ola bilər