Vaşinqtonda Zelenski ilə danışıqlar uğurlu olsa, Putinlə görüş təyin edəcəyik
“Zelenski ilə danışıqlar uğurlu olsa, Putinlə görüş təyin edəcəyik”.
Bu barədə ABŞ lideri Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
“Alyaskada çox gözəl və uğurlu bir gün oldu. Rusiya Prezidenti Vladimir Putinlə görüş çox yaxşı keçdi. Həmçinin, gecə Ukrayna prezidenti Zelenski və NATO-nun hörmətli Baş katibi, eləcə də bir sıra Avropa liderləri ilə danışığım da uğurlu oldu.
Hamı razılaşdı ki, Rusiya və Ukrayna arasındakı bu dəhşətli müharibəni sonlandırmağın ən yaxşı yolu birbaşa sülh razılaşması üçün çalışmaqdır, sadəcə atəşkəs razılaşması əldə etmək deyil” – Tramp qeyd edib.
ABŞ lideri Zelenskinin bazar ertəsi Vaşinqtona səfər edəcəyini təsdiq edib və hər şeyin qaydasında gedəcəyi təqdirdə Rusiya lideri ilə görüş təyin edəcəklərini bəyan edib: “Potensial olaraq milyonlarla insanın həyatı xilas ediləcək”.




