Dünya

Vasili Nebenzya: Qərb ölkələri Ukraynaya silah təchizatını dayandırmalıdı

31 may / 08:30 1 dəq
Indir 2025 05 31t082930.649
31 may / 08:30
Burada sizin reklamınız ola bilər

Prinsip etibarilə Qərb ölkələri Ukraynaya silah təchizatını, rəsmi Kiyev isə səfərbərlik üzrə orduya çağırışı dayandırmalıdır.

Qerbxeber.com RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Rusiya rəsmisi ölkəsinin atəşkəsə hazır olduğunu və Kiyevin adekvat addımlar atacağı təqdirdə, buna razılıq verəcəklərini açıqlayıb.

O əlavə edib ki, Rusiya üçün münaqişənin köklü səbəblərinin birdəfəlik həlli prinsipial dərəcədə vacibdir.

Daimi nümayəndə Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nə qədər lazımdırsa, davam etdirməyə və genişləndirməyə hazır olduğunu da vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər