Gəncədə Qarabağ qazisi döyülüb – İddia – Foto
Mən Gəncə şəhər sakini, Qarabağ müharibəsi veteranı, II qrup əlil Fizuli Hüseynov döyüldüyünü I IIddia edir.
Gəncə şəhər sakini, Qarabağ qazisi, II qrup əlil Fizuli Hüseynov Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini – Şəhər Təsərrüfatı şöbəsinin müdiri Mikayıl Zeynalov tərəfindən döyüldüyünü və təhqir edildiyini iddia edir.
Fizuli Hüseynov Gəncədə fəaliyyət göstərən Turan Eli TV saytına müsahibəsində insidentin Gəncənin İcra başçısı Niyazi Bayramovun vətəndaş qəbulu zamanı baş verdiyini bildirib. Qarabağ qazisi qeyd edir ki, hadisə Qarabağ döyüşçüləri İlham və Zaur adlı şəxsin yanında olub.
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov modern.az-a açıqlamasında deyib ki, Fizuli Hüseynov Qarabağ əlili yox, Qarabağ müharibəsi iştirakçısıdır:
“O, Qarabağ müharibəsi iştirakçısı vəsiqəsini də 1 ildir məhkəmə yolu ilə əldə edib. Özünü Qarabağ əlili adlandırır, amma Kəpəz rayon Məhkəməsi onun Qarabağ Müharibəsi iştirakçısı olduğunu təsdiqləyib. Ev istəyir, evin damının örtülməsi üçün 8 min manat istəyir. Ona bildirilib ki, İcra Hakimiyyətində vətəndaşların ev tikintisi üçün vəsait ayrılmır. Qərarla razılaşmayanda da bax bu cür iftiraya əl atıb”.





