Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qəzza zolağında əvvəlcədən yerləşdirilmiş tibbi ləvazimatlarının hamısı tükənib.
“Qərb Xəbər” bildirir ki, bu barədə qurumdan bildirilib.
Qeyd olunub ki, ərazilərə yeni tibbi yardımın göndərilməsi üçün müzakirələr gedir.
Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən məlumata görə isə ərazidə ciddi su çatışmazlığı gözlənilir.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dən çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.