Kateqoriyasız

ÜST dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırıb

6 noyabr / 12:41 1 dəq
Who logo
6 noyabr / 12:41
Burada sizin reklamınız ola bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini yeni pandemiyaya hazırlaşmağa çağırıb.

Trend-in məlumatına görə, bu barədə təşkilatın Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyası ərəfəsində yayımlanan bəyanatında deyilir.

Qeyd olunur ki, yeni pandemiyaya hazırlıq məsələsi Assambleyanın sessiyasında müzakirə olunacaq əsas mövzulardan olacaq:

“Biz son bir il ərzində gördük ki, möhkəm səhiyyə infrastrukturuna malik ölkələr SARS-CoV-2 virusunun yayılmasına nəzarətin və bunun qarşısının alınmasında daha səmərəli iş görə bilib”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyası noyabrın 9-14-də keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər