Dünya

ÜST ABŞ-nin təşkilatdan çıxmasına münasibət bildirib

22 yanvar / 10:30 1 dəq
EMCode a0e4374f77af30eb104ff5a7e78af635
22 yanvar / 10:30
Burada sizin reklamınız ola bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-nin təşkilatdan çıxmaq qərarından təəssüfləndiyini bildirib.

Qerbxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-nin rəsmi nümayəndəsi Tarik Jazareviç brifinq zamanı bəyan edib.

“ÜST ABŞ-nin təşkilatdan çıxmaq niyyətindən təəssüflənir. Ümid edirik ki, ABŞ öz qərarını yenidən nəzərdən keçirəcək. Bütün dünyada milyonlarla insanın sağlamlığı, rifahı naminə ABŞ və ÜST arasında tərəfdaşlığın davam etdirilməsi üçün konstruktiv dialoqu səbirsizliklə gözləyirik”, – o bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkənin ÜST-dən çıxması barədə fərman imzalayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər