Elm və Texnologiya

Ürək-damar xəstəlikləri ilə bağlı 210-dan çox tibbi xidmət icbari sığorta hesabına göstərilir

4 fevral / 12:44 2 dəq
Indir 2023 02 04T123552.663
4 fevral / 12:44
Burada sizin reklamınız ola bilər

Ürək-damar xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı 210-dan çox tibbi xidmət icbari tibbi sığorta hesabına göstərilir.

“Qərb Xəbər” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, bura aorta-koronar şuntlama əməliyyatı, ürək aparatlarının dəyişdirilməsi və təmini, digər kardiocərrahiyyə əməliyyatlar daxildir.

“Vətəndaşlarımızın belə dəyəri yüksək əməliyyatlardan ödənişsiz faydalanması bizi sevindirir. 2020-ci ildə müvafiq Kardiologiya xidmətləri almış əhali 1424 idisə, 2021-ci ildə 10793 nəfər olmuşdu. 2022-ci ildə isə bu rəqəm 29615-ə çatıb. Ürək cərrahiyəsi üzrə 2020-ci ildə 1230 nəfər olmuşdusa, 2021-ci ildə 8147, 2022-ci ildə isə 18181 nəfər olub. Uşaq cərrahiyəsinə gəlincə, 2020-ci ildə 76, 2021-ci ildə 283, 2022-ci ildə isə 331 uşaq icbari tibbi sığorta çərçivəsində əməliyyat olunub.

İlk dəfə keçən il Lənkəran Mərkəzi Xəstəxanasında ürək-damar cərrahiyyəsi şöbəsi açılıb. Gələcəkdə digər regionlarımızdakı xəstəxanalarda da bu şöbənin yaradılması nəzərdə tutulub”

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı