Dünya

Ukraynanın Baş naziri Avropa Komissiyasının Prezidenti ilə ölkəsinin bərpasını müzakirə edib

6 may / 09:18 1 dəq
E0b365a1 203d 3724 bd7d 128478bd9d93
6 may / 09:18
Burada sizin reklamınız ola bilər

Kral III Çarlzın tacqoyma mərasimi münasibətilə Böyük Britaniyanın paytaxtı Londonda olan Ukraynanın Baş naziri Denis Şmıqal Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşüb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Avropa Komissiyasının lideri tviterdə yazıb.

“Baş nazir Denis Şmıqalla çox verimli görüş baş tutub. İyun ayında Londonda Ukraynanın bərpası ilə bağlı keçiriləcək konfransı nəzərə alaraq, Aİ-nin Ukraynanın bərpası və yenidən qurulmasına dəstəyini müzakirə etdik. Aİ Ukraynaya ölkənin yenidən qurulmasına kömək etmək öhdəliyində möhkəm qalacaq”, – Prezidenti sosial şəbəkədə bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər