Ukraynalı xüsusi təyinatlı qrup: “Kadırov, səni tapıb məhv edəcəyik”
“Kadırov, biz, xüsusi təyinatlı qrup, səni məhv etmək üçün axtarırıq, tapacağıq”.
“Qərb Xəbər” bildirir ki, bu barədə Ukrayna hərbçiləri Çeçenistanın Prezidenti Ramzan Kadırova müraciətində deyiblər.
Bildirək ki, martın 13-də R.Kadırovun Ukraynada olması ilə bağlı məlumat yayılmışdı. Daha sonra Çeçenistan liderinin ölkəsində olması ilə bağlı görüntü yayıldı.




