Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft bazasına hücum edib
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətində neft bazasına hücum edib.
Qerbxeber.com Rusiya KİV-ə istinadən xəbər verir ki, Kamenski rayonunun Molodejnı kəndi yaxınlığında yerləşən neft bazasına hücum gecə saat 3 radələrində baş verib.
Hücum zamanı iki pilotsuz təyyarə neft bazasının ərazisinə düşüb. Yanğın başlayıb.
Ölən və yaralananların olmadığı bildirilir. Hazırda iki yanğınsöndürən briqadası hadisə yerindədir.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı