Dünya

Ukrayna Rusiyanın ən böyük neft-kimya kompleksini vurdu

24 sentyabr / 11:30 1 dəq
Pua
24 sentyabr / 11:30
Burada sizin reklamınız ola bilər

Rusiyada “Qazprom neft-kimya Salavat” MMC bu səhər yenidən pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qalıb.

Qerbxeber.com Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə Başqırdıstan başçısı Radi Xabirov “Telegram” kanalında məlumat yayıb.

“Qazprom neft-kimya Salavat” yenidən dronlarla hücuma məruz qalıb. Zərərin dərəcəsini müəyyənləşdiririk”, – deyə o yazıb.

R.Xabirov qeyd edib ki, hadisə yerində təcili xidmətlər işləyir, yanğının söndürülməsi üçün tədbirlər görülür.

“Qazprom neft-kimya Salavat” MMC – Başqırdıstan Respublikasının Salavat şəhərində yerləşən Rusiyanın ən böyük neft-kimya kompleksidir.

Paylaş
Burada sizin reklamınız ola bilər