Dünya

Ukrayna Qara dənizdə Rusiyanın desant gəmisinə dron zərbəsi endirib

14 fevral / 12:14 1 dəq
65cc74a41f1ff65cc74a41f200170789802065cc74a41f1fd65cc74a41f1fe
14 fevral / 12:14
Burada sizin reklamınız ola bilər

Ukrayna Qara dənizdə Rusiya donanmasına məxsus desant gəmisinə dron zərbəsi endirib.

“Qərb Xəbər” “Reuters“ə istinadən xəbər verir ki, Ukrayna KİV-i Krımın cənub sahillərində üzən gəmidən tüstü qalxmasını, həmçinin dəniz üzərində uçan helikopterlərin əks olunduğu görüntülər paylaşıb.

Ukraynalı deputat Aleksey Qonçarenko USQ tərəfindən hədəfə alınmış gəminin Rusiyanın 2008-ci ildə Gürcüstandakı hərbi əməliyyatlarında iştirak etmiş “Sezar Kunikov” desant gəmisi olduğunu bildirib.

Ukrayna ordusunun Baş Qərargahı Rusiya hərbi gəmisinin vurulması faktını təsdiqləyib.

Paylaş
Burada sizin reklamınız ola bilər