Dünya

Ukrayna Prezidenti ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib

24 avqust / 20:16 1 dəq
Əliyev zelenski
24 avqust / 20:16
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Mən Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukraynaya və Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirirəm. Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana səmimi minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik”, – paylaşımda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər