Türkiyə XİN Ukrayna müharibəsinə münasibət bildirib.
Türkiyə XİN Rusiyanın Ukraynada apardığı əməliyyatlara münasibət bildirib:
“Biz Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab edir və rədd edirik. Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməli olduğuna inanan Türkiyə sərhədlərin silahla dəyişdirilməsinin əleyhinədir. Biz Rusiya Federasiyasını bu ədalətsiz və qanunsuz hərəkəti mümkün qədər tez dayandırmağa çağırırıq.Ukraynanın siyasi birliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz davam edəcək”.





