Dünya

Ukrayna ordusu Krıma ardıcıl zərbələr endirir

6 sentyabr / 20:42 1 dəq
Aviasiya
6 sentyabr / 20:42
Burada sizin reklamınız ola bilər

Ukrayna ordusu Rusiyanın hava hücumundan müdafiəsini tükəndirərək Krımda işğalçının hərbi obyektlərinə hücumları davam etdirir”.

Bu barədə mediaya Ukrayna Könüllülər Ordusunun sözçüsü Sergey Bratçuk bildirib.

“Krım gündəmdən çıxmayıb. Bu gün işğal olunmuş Krımda Rusiya obyektlərinə hücumlar intensivləşir. Bu intensivləşmə rusların qondarma yay hücumuna cavabın bir hissəsidir”, – o vurğulayıb.

Bratçukun sözlərinə görə, Rusiyanın Krımdakı hava hücumundan müdafiə obyektləri, hərbi-dəniz qurğuları, yerüstü obyektlər, o cümlədən dəmir yolu xətləri məhv edilir.

“Ukrayna Müdafiə Qüvvələri Krımda Rusiya hərbi obyektləri üzərində fəal işləyir. Bu fəaliyyət həm də düşmənin hava hücumundan müdafiəsini tükəndirmək məqsədi daşıyır. Bu mərhələ xeyli müddətdir davam edir”, – ordu sözçüsü qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər