Dünya

Ukrayna Luqanskda bəzi yaşayış məntəqələrini azad edib

30 iyun / 11:57 1 dəq
Rusiya ukrayna1 768x403
30 iyun / 11:57
Burada sizin reklamınız ola bilər

Ukrayna Milli Qvardiyası Luqansk vilayətində bəzi yaşayış məntəqələrini Rusiyanın işğalından azad edib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 18 saatdan çox davam edən döyüşlərin nəticəsində Ukrayna ordusu yeni ərazilərdə möhkəmləmib.

Xatırladaq ki, iyunun 25-də Ukraynanın Britaniya istehsallı “Storm Shadow” raketləri ilə Luqanska zərbələr endirib.

Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Buradakı separatçı rejim Donbas müharibəsinin nəticəsində yaranıb.

Paylaş
Burada sizin reklamınız ola bilər