Dünya

Ukrayna Krım yarımadasına PUA-larla zərbə endirib

24 iyul / 10:33 1 dəq
2a6d25c7 6eb9 30a4 aef0 b0559b86aafe
24 iyul / 10:33
Burada sizin reklamınız ola bilər

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ilhaq etdiyi Krım yarımadasına PUA-larla hücumu nəticəsində Cankoy rayonunda silah-sursat anbarında partlayış olub.

“Qərb Xəbər” BBC-yə istinadən xəbər verir ki, bunu Krımdakı separatçı rejimin başçısı Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, Cankoy-Somferopol istiqamətində avtomobil və dəmir yolları bağlanıb.

Bildirilib ki, yarımadaya 11 PUA ilə hücum qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl iyulun 22-də də Krıma PUA-larla hücum olub.

Xatırladaq ki, ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərinə iki dronla hücum edilib. PUA-lardan biri Rusiya Müdafiə Nazirliyi yanında tikilən binaya düşüb.

Ukrayna baş nazirinin müavini, rəqəmsal nəqliyyat naziri Mixael Fyodrov Krıma və Moskvaya hücumları təsdiqləyib.

Paylaş
Burada sizin reklamınız ola bilər