“Rumıniya, Azərbaycan ilə strateji tərəfdaş olmuş ilk Avropa İttifaqı (Aİ) ölkəsidir”.
“Qərb Xəbər” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında Rumıniyanın energetika naziri Vircil-Popesku Borrero bildirib.
Nazir xatırladıb ki, bu il Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.
Popesku vurğulayıb ki, Azərbaycan və Rumıniya arasında bir sıra sahələr üzrə əməkdaşlığın inkişafı baxımından böyük potensial mövcuddur. Rumıniya Azərbaycan ilə kənd təsərrüfatı, nəqliyyat, biznes investisiyaları sahəsində əməkdaşlıqda maraqlıdır.