Ukrayna Bryansk şəhərinə dronlarla hücum etdi
Ukrayna Silahlı Qüvvələri dronlardan istifadə edərək Rusiyanın Bryansk şəhərinin Sovetskiy rayonuna hücum həyata keçirib.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat yayıb.
Onun sözlərinə görə, xəsarət alan olmayıb.
“Çoxmənzilli binalardan birinin fasadı və şüşələri zədələnib”, – deyə qubernator əlavə edib.




