Ukrayna Avropa İttifaqından 1,5 mlrd. avro makromaliyyə yardımı alıb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal ”Telegram”da yazıb.
Baş Nazirin sözlərinə görə, bununla da Aİ-nin bu il Ukraynaya göstərdiyi ümumi dəstək 18 mlrd. avroya çatıb.
Şmıqal əlavə edib ki, bu vəsaitlər Ukraynaya iqtisadi dayanıqlığı qoruyub-saxlamağa və sosial öhdəlikləri yerinə yetirməyə kömək edəcək.