Ukrayna ABŞ-la birgə dron istehsal edəcək
Ukrayna dron istehsalı üçün ABŞ-ın “Swift Beat” şirkəti ilə müqavilə imzalayıb.İstehsal həcmi yüz minlərlə ölçüləcək.
Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında bildirib.
Onun sözlərinə görə, bu il yüz minlərlə pilotsuz uçuş aparatı istehsal etməyi planlaşdırırlar, eyni zamanda, gələn il istehsalın əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub.





