UFC: Rafael Fiziyev Brazilyalı çempionla qarşılaşacaq
UFC azərbaycanlı döyüşçü Rafael Fiziyevin növbəti rəqibini açıqlayıb.
Qerbxeber.com təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı idmançı Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək “UFC Döyüş Gecəsi”ndə Çarlz Oliveyra ilə qarşılaşacaq.
Fiziyevlə braziliyalının döyüşü oktyabrın 11-də təşkil olunacaq.
Çarlz Oliveyra yüngül çəki dərəcəsinin sabiq çempionudur. O, son döyüşündə gürcüstanlı İliya Topuriya nokautla uduzub.
Qeyd edək ki,Rafael Fiziyev iyulun 21-də Bakıda keçirilən turnirdə çilili İqnasio Bahamondesi hakimlərin qərarı ilə məğlub edib.




