Dünya

Avropa liderləri Kiyevdə

10 may / 09:27 1 dəq
Indir 2025 05 10t092725.464
10 may / 09:27
Burada sizin reklamınız ola bilər

Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Kiyevə yola düşüblər.

Qerbxeber.com xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, siyasətçilər Polşanın baş naziri Donald Tuskla birlikdə 10 may tarixində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar. Görüş zamanı Ukraynaya gələcək dəstək məsələlərinin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, birgə bəyanatlarında onlar ABŞ prezidenti Donald Trampın 30 günlük tam və qeyd-şərtsiz atəşkəs çağırışını dəstəklədiklərini bildiriblər.

Onların fikrincə, bu atəşkəs ədalətli və davamlı sülh haqqında müzakirələr üçün şərait yaratmalıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər